Britaniya müdafiə naziri: Hazırki vəziyyətdə Ukraynanın NATO-ya qoşulması mümkün görünmür

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya qoşulması ilə bağlı şərtlərdən danışıb.

 

Azinformasiya.az xəbər verir ki, Ben Uolles Vilnüsdə NATO İctimai Forumunda panel müzakirələri zamanı bildirib ki, indiki vəziyyətdə – müharibənin davam etdiyi zamanda Ukraynanın Alyansa qoşulması mümkün görünmür.

“Biz NATO-ya münaqişə idxal edə bilmərik. Düşünürəm ki, bu başa düşülən şərtdir. Alyansda ortaq razılaşma var ki, Ukrayna NATO-ya qoşulacaq, ancaq əsas məsələ bunun “nə vaxt” olacağı ilə bağlıdır”, – nazir qeyd edib.

Müdafiə naziri vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi cəhətdən dəstəkləyir.

“Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bədəl ödəməyə məcbur edir”, Uolles diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir