Böyük Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb.
Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki bu haqda Yelisey sarayı məlumat yayıb.
Britaniya Baş nazirinin Ofisindən Kral III Çarlzın Fransaya dövlət səfərinin Fransa Prezidenti Emmanuel Makronun xahişindən sonra təxirə salındığı bildirilib.
Böyük Britaniya hökuməti əlavə edib ki, qərar “Fransa prezidenti Britaniya hökumətindən səfəri təxirə salmağı xahiş etdikdən sonra bütün tərəflərin razılığı ilə qəbul edilib”.
Qərarın çərşənbə axşamına planlaşdırılan aksiyaya görə verildiyi Fransanın Yelisey sarayı tərəfindən bildirilib.
Britaniya Kralının Paris və Bordoya səfəri bazar günü başlamalı idi.
Bukingem Sarayı gecikmənin “Fransadakı vəziyyət”lə əlaqədar olduğunu təsdiqləyərək: “Əlahəzrət uyğun tarixdə Fransaya səfər etmək fürsətini səbirsizliklə gözləyir” deyə açıqlayıb.
Azinformasiya.az