“Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusilə də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə nəticələnəcəyinə əsas verəcək”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, iyunun 24-ü səhər saatlarında Yevgeni Priqojinin “Vaqner” Qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında qarşıdurma açıq hərbi qarşıdurma mərhələsinə keçib.
“Priqojin tərəfindən “azadlıq yürüşü” kimi xarakterizə edilən əməliyyatda “Vaqner” Qrupunun qüvvələri ən azı iki istiqamətdən işğal olunmuş Ukrayna ərazisindən Rusiyaya keçib.
Rostov-Donda “Vaqner”, demək olar ki, əsas təhlükəsizlik obyektlərini, eləcə də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçirib.
Britaniyanın Kəşfiyyat Xidməti bildirib ki, indi daha çox “Vaqner” bölmələri Vorenej vilayətindən şimala tərəf irəliləyir və hədəf Moskvaya daxil olmaqdır. “Vaqner”lə Rusiya təhlükəsizlik qüvvələri arasında döyüşlə bağlı çox məhdud sübutlar var, çox güman ki, Rusiya hərbçiləri “Vaqner”lə razılaşaraq passiv qalıblar”, Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti diqqətə çatdırıb.
Kəşfiyyat Xidməti sözügedən hadisəni son dövrlərdə Rusiyanın qarşısında duran ən ciddi problem kimi qələmə verib.
Azinformasiya.az