Rusiya Ukraynada apardığı müharibə ilə əlavə hərbi xərclərlə üzləşib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.
Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 6,6 trilyon rubldur (85,8 milyard dollar).
“Bu, Ukraynanın işğalından öncə 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir”.
Britaniya Müdafiə Nazirliyi, həmçinin qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır.
“Müdafiə büdcəsinin ancaq bir hissəsi Ukraynadakı müharibəyə xərclənsə də, xərclərin çoxalması Rusiyanın Ukraynadakı fəaliyyətinin baha başa gəldiyini göstərir. Bundan başqa, Rusiya, demək olar ki, müharibə ilə əlaqədar əlavə birbaşa büdcə müdafiə xərcləri ilə üzləşir ki, bura işğal olunmuş bölgələrdə təhlükəsizlik xərcləri və Ukrayna ilə həmsərhəd bölgələrdə müdafiə tədbirlərinin gücləndirilməsi üçün xərclər daxildir”.
Azinformasiya.az