Britaniya Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Hörmüz boğazından gəmilərin keçidi üçün hərbi variantları müzakirə edib.

 

Azinformasiya.az “Reuters“ a istinadən xəbər verir ki, Starmer bu məsələni Trampla telefon danışığı zamanı müzakirə etdiyini bildirib.

O, Trampla Hörmüz boğazına dair logistik məsələləri də müzakirə etdiyini deyib.

“Biz bir sıra ölkələrdən ibarət koalisiya formalaşdırır, siyasi və diplomatik plan üzərində işləyirik, həmçinin hərbi variantları və Hörmüz boğazından gəmilərin təhlükəsiz şəkildə hərəkətinin logistikasını da nəzərdən keçiririk”, — Starmer Körfəz regionuna səfəri zamanı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir