Britaniya Baş naziri: Ukrayna üzrə sülh planında düzəlişlər edilir

Ukrayna üzrə sülh planında düzəlişlər edilməsi prosesi gedir.

 

Azinformasiya.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, bunu Baş naziri Kir Starmer deyib.

Britaniya Baş nazirinin sözlərinə əsasən, ABŞ-ın təklif etdiyi 28 maddəli planda mövcud olan bəzi bəndlər qəbuledilməz idi, ancaq planda müəyyən məqamlar var ki, ədalətli və davamlı sülhə nail olmaq üçün böyük əhəmiyyət daşıyır.

“Ədalətli və davamlı sülh yalnız müəyyən şərtlərin ödənəcəyi təqdirdə bərqərar ola bilər. Ukraynanın suverenliyi qorunub saxlanmalıdır, Ukrayna özünü gələcəkdə də müdafiə edə bilməlidir, Ukraynaya bağlı məsələlər və onun gələcəyi yalnız Ukrayna tərəfindən müəyyən edilməlidir, Avropa və NATO ilə əlaqəli elementlərdə Avropa və NATO-nun razılığı alınmalıdır”, – Baş nazir vurğulayıb.

O qeyd edib ki, hələ də “qarşıda uzun və çətin yol” var, ancaq Britaniya bu məsələdə həmişəkindən daha çox çalışır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir