Brenda Şaffer: Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, amma Azərbaycana olmaz?

Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, amma Azərbaycana olmaz?

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Ali Hərbi Dəniz Qüvvələri Məktəbinin pedaqoqu, xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” sosial şəbəkə hesabında Amerika mediası və beyin mərkəzlərinin postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı mövqeyini şərh edərək yazıb.

Şaffer qeyd edib ki, Ukrayna ordusu rus qoşunlarını öz ərazisindən çıxarmaq üçün döyüşəndə medianın “Yaşasın Ukrayna!” reaksiyasını görürük, Gürcüstanda oxşar münaqişə yaşanır və “İrəli, Gürcüstan!” reaksiyasının şahidi oluruq.

O yazıb ki, Azərbaycan 10 min qanunsuz erməni silahlısından ibarət qoşunun öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı zaman göstərilən reaksiya isə “Azərbaycan dayandırılmalıdır” olur.

Şaffer ABŞ-ın bu məsələlərdə yanaşmasına da diqqət çəkib:

“ABŞ Dövlət katibi Entoni Blinkenin Ukraynaya zəng edərək Krımda və ya Donetskdə mövcud olan terrorçulara qarşı hərbi addım atmamağı Kiyevdən xahiş etməsini təsəvvür edə bilərsinizmi? Amerika Birləşmiş Ştatları ərazi bütövlüyünün toxunulmazlığı prinsipini, Azərbaycan məsələsi istisna olmaqla dəstəkləyir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir