Braziliya prezidenti: Tramp suverenliyimizi heçə sayır

“Donald Tramp suverenliyimizi heçə sayır və ölkəmizə təzyiq göstərməyə çalışır”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva “The New York Times“ nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, Braziliya tarif məsələsinə ciddi yanaşsa da bu, heç vaxt ölkəsinin hətta ABŞ kimi böyük bir dövlətə belə tabe olacağı anlamına gəlmir:

“Biz ABŞ-ın iqtisadi gücünü və texnoloji potensialını qəbul edirik, ancaq bütün bunlar bizi qorxutmur”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir