Böyük Britaniya, siyasi fikir ayrılıqlarına və son casus qalmaqalına rəğmən Çinlə əlaqədən əl çəkməməlidir.
Azinformasiya.az xəbər verir ki, bunu Sky News telekanalına müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
“Çinə məhəl qoymamağı, onun olmadığını iddia etməyi, onunla danışmamağı, Pekində səfirliyinin və Böyük Britaniyada Çin səfirliyinin olmamasını dəstəkləyən insanlar var. Bu məcburedici alternativ deyil. Çin-Britaniya münasibətləri kimi çətin münasibətlərdə şəxsi ünsiyyəti saxlamaq daha vacibdir”, – deyə o vurğulayıb.
Azinformasiya.az