Borrell: “Vagner”in ləğv edilmiş üsyanı Ukrayna müharibəsinin Moskvanın hərbi gücündə yaratdığı çatları göstərir

“Vagner” muzdlu qrupunun ləğv edilmiş üsyanı Ukrayna müharibəsinin Moskvanın hərbi gücündə yaratdığı çatları göstərir.

 

Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell söyləyib.

“Siyasi sistem həssaslıq nümayiş etdirir və hərbi güc çatlayır. Rusiya kimi bir nüvə dövlətinin siyasi qeyri-sabitlik mərhələsinə daxil olmasını görmək yaxşı bir şey deyil”, – Borrell Lüksemburqda keçiriləcək Aİ XİN başçılarının görüşündən əvvəl bildirib.

O qeyd edib ki, indi Aİ-nin Ukraynanı hər zamankından daha çox dəstəkləməsinin vaxtıdır.

“Putinin “Vagner” ilə yaratdığı bədheybət indi onun özünü dişləyir, bu bədheybət öz yaradıcısına qarşı fəaliyyət göstərir”, – Borrell vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir