Borrell və Abdullahian arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi “X” hesabında bildirib.

Onun sözlərinə əsasən, İran XİN başçısı ilə Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.

“Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Biz münaqişənin regiona yayılmasının qarşısını almalıyıq. İranı öz təsirindən istifadə etməyə və regionda gərginliyin qarşısını almaq üçün fəal işləməyə çağırdım”, – Borrell paylaşımında bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir