Qarşıdakı günlər və aylar Ukrayna müharibəsi üçün strateji baxımdan həlledici olacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell keçirdiyi brifinqdə söyləyib. O, həmçinin qeyd edib ki, Aİ-nin Müdafiə Şurasının bugünkü işinin 90 faizi Ukraynaya hərbi yardımın müzakirə edilməsi olub.
Bundan başqa Borrell NATO Baş katibi Yens Stoltenberqin də iclasda iştirak etdiyini və tərəflərin hazırkı vəziyyət və müharibəyə dair hərbi analizlərini bölüşdüklərini bildirib: “Bütün nazirlər Ukraynaya dəstəyi davam etdirməyə istəkli olduqlarını ifadə etdilər”,
Borrell vurğulayıb ki, bu vaxta kimi Aİ-nin təlim mərkəzlərində 20 min ukraynalı hərbçi olub, ilin sonunadək onların sayı 30 min nəfərə yüksələcək və bu, ilkin planlaşdırılandan iki dəfə çoxdur.
Azinformasiya.az