“Qəzza zolağında humanitar vəziyyət bundan pis ola bilməz”.
Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN başçılarının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə əsasən, İsrailin HAMAS-a qarşı müharibə apardığı Qəzza zolağında humanitar vəziyyət “bundan pis ola bilməz”.
“Bundan sonra sülh prosesi haqqında danışmayacağam, lakin iki dövlətli həll prosesini istəyirəm” Borrell vurğulayıb.
Azinformasiya.az