Borrell: İsrail Qəzzada keçirdiyi hərbi əməliyyatda mülki əhaliyə qarşı fərq qoymur

İsrail Qəzzada keçirdiyi hərbi əməliyyatda mülki əhaliyə qarşı fərq qoymur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “X” hesabında bildirib.

“Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin də qeyd etdiyi kimi, Qəzzada həddən artıq çox sayda dinc sakin öldürülüb. Köçkünlər üçün sığınacaq olan Müqəddəs Ailə kilsəsi və Xeyriyyə monastırı hücuma məruz qalıb. Ən son hərbi əməliyyatlar zamanı dindarlar, üç israilli girov və yüzlərlə digər mülki şəxs həlak olub. Bu dayandırılmalıdır – təcili olaraq humanitar fasilə elan olunmalıdır”, – Borrell vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir