Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrail və İran arasındakı münaqişədə gərginliyin azaldılmasına çağırış edib.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ali Nümayəndə Cozep Borrell İspaniyanın “Onda Cero” radiosuna danışıb.
“Biz uçurumun kənarındayıq, ondan uzaqlaşmalıyıq. Biz əyləcləri basıb geri dönməliyik..”
Borrell İranın misli görünməmiş hava hücumuna İsraildən cavab gözlədiyini, ancaq bunun daha da gərginliyə səbəb olmayacağına ümid etdiyini bildirib.
Onun sözlərinə əsasən, İsrailin sağçı hakim koalisiyasında şiddətli qisas almaq istəyən kəskin xətt tərəfdarları ilə “daha mötədil və həssas” fraksiya arasında dərin fikir ayrılığı var. “Bu fraksiya da qisas almağı müdafiə edir,ancaq cavaba cavab verməkdən yayınan bir şəkildə”, – Borrell vurğulayıb.
“İranın nüvə gücünə çevrilməməsi və Yaxın Şərqin sakitləşməsi hamının marağındadır”, – Aİ-nin Ali Nümayəndəsi bildirib.
Azinformasiya.az