Borrel: Yaxın Şərq müharibə astanasındadır

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi “X” hesabında yazıb.

“Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq”, – Borrell bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir