Borrel və Hakan Fidan Aİ-Türkiyə əlaqələrini müzakirə edib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Borrel “Twitter” hesabında yazıb.

“Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ilə ilk təkbətək görüşümüzə şadam. Biz Avropa İttifaqı və Türkiyə münasibətlərinə, Şərqi Aralıq dənizindəki vəziyyətə və gərginliyin aradan qaldırılmasının vacibliyinə, həmçinin bir sıra regional və qlobal məsələlərə diqqət yetirdik.

Mən konstruktiv şəkildə işləməyi səbirsizliklə gözləyirəm”, – Borrel paylaşımında bildirib.

Qeyd edək ki, görüş Cakartada ASEAN ölkələrinin XİN başçılarının toplantısı çərçivəsində baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir