Borrel: Ukraynaya maliyyə yardımını davam etdirməliyik

Avropa İttifaqı Ukraynaya maliyyə yardımını davam etdirməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İspaniyanın Toledo şəhərində keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən öncə jurnalistlərə açıqlamasında söyləyib.

“Biz Ukraynaya maliyyə yardımının stabil və dayanıqlı üsullarını araşdırırıq. Bu yardım indi də, nə baş verirsə-versin müharibədən sonra da davam etməlidir, Ukraynanın yenidən bərpası üçün davam etməlidir, Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir. Bütün bunlar dərin müzakirələrdir və müdafiə nazirləri bu barədə danışacaqlar”, – Borrel vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir