“İştirak edən ölkələrin sayını nəzərə alsaq, Səudiyyə Ərəbistanında baş tutan görüş diplomatik uğurdur”.
Azinformasiya.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel XİN başçılarının qeyri-formal görüşündən öncə jurnalistlərə açıqlamasında avqust ayının ilk həftəsonu Səudiyyə Ərəbistanının Ukraynadakı müharibə ilə bağlı çağırdığı və 40 ölkədən nümayəndənin qatıldığı beynəlxalq sammit barədə bildirib.
“Hesab edirəm ki, beynəlxalq səviyyədə Rusiya getdikcə daha çox təcrid olunur. Putinin Ukraynadan taxılın ixracı ilə bağlı sazişdə iştirakdan imtina etməsi Rusiyanın beynəlxalq mövqeyini zəiflədib. Çünki artıq insanlar başa düşür ki, dünyada yaranmış ərzaq problemini bizim tətbiq etdiyimiz sanksiyalar yaratmayıb, buna Rusiyanın davranışı – Ukraynadan taxılın dünyaya çıxarılmasına icazə verməməsi səbəb olub”, – Aİ-nin Ali Nümayəndəsi diqqətə çatdırıb.
Azinformasiya.az