Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər naziri Ceyhun Bayramovla görüşündə müzakirə etdiyi məsələləri açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, Borrel tərəflərin Aİ-Azərbaycan əlaqələrinə, o cümlədən Brüssel görüşünə dair fikir mübadiləsi apardığını qeyd edib.
“Xarici işlər naziri Ceyhun Bayramovla yaxşı fikir mübadiləsi apardıq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə üçtərəfli görüşlərin davam etdirilməsini alqışladım. Biz onun nəticələrini və qarşıdakı yolu müzakirə etdik, Aİ-Azərbaycan əlaqələri ilə bağlı baxışlarımızı bölüşdük. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində iştirakını davam etdirir”, – o söyləyib.
Azinformasiya.az