Biz Gürcüstan hökumətini Qərb əleyhinə ritorikaya və informasiya manipulyasiyasına qarşı mübarizə aparmağa çağırırıq.
Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.
“Biz ümumi dəyərlər və prinsiplər əsasında səylər göstəririk. Bu birliyin hər şeydə özünü göstərməsi vacibdir, çünki biz çox təhlükəli geosiyasi mühitdə yaşayırıq”, – Borell vurğulayıb.
Azinformasiya.az