Borel Gürcüstanın Aİ-ə namizəd statusu verilməsində uğur qazandığını bildirib

Avropa İttifaqı (Aİ) genişlənmə ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel deyib.

O, Gürcüstanın bu istiqamətdə uğur qazandığını və işləri davam etdirməli olduğunu bildirib.

“Genişlənmə bizim ən vacib xarici siyasətimiz, fundamental məsələdir.Uzun müddətdir ki, insanlar qarşısında öhdəliklərimiz var və biz bunların yerinə yetirilməsini sürətləndirməliyik. Gürcüstan yaxşı işləyir və uğur qazanıb. Gürcüstan işləməyə davam etməlidir, onlar yaxşı yoldadırlar”, – Borel vurğulayıb.

Xatırladaq ki, Aİ Şurasının 15-16 dekabr tarixlərində Gürcüstana namizəd ölkə statusu verməsi gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir