Bolqarıstan XİN başçısı Türkiyəyə səfər edəcək

Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel avqustun 22-si Türkiyəyə rəsmi səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

O, Türkiyənin XİN başçısı Hakan Fidanla görüşəcək.

İki diplomatın görüşü zamanı Bolqarıstanla ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirə olunacağı, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir