Bolqarıstan dövlət başçısı: Biz strateji tərəfdaş və müttəfiq kimi Azərbaycan Prezidenti ilə işləməkdən məmnunuq

Fevralın 1-də Prezident Vuçiçlə (Serbiya Prezidenti – red.) birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora başladıq. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar, hər ay çoxalır.

Azinformasiya.az  xəbər verir ki, bu haqda Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşdə bildirib.

“Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox vacib sahədə strateji tərəfdaş və müttəfiq kimi sizinlə (Prezident İlham Əliyev-red.) işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq”, – deyə Bolqarıstan dövlət başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir