BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.
Azinformasiya.az xəbər verir ki, qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub. Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.
Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.
Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Azinformasiya.az