BMT Talibanda qadınların işləməsinə qadağa qoyulmasını pisləyən qətnaməni təsdiqləyib

BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən qadınlara qoyulan qadağanı pisləyən qətnaməni yekdilliklə dəstəkləyib.

 

Azinformasiya.az TASS agentliyinə istinadən xəbər verir ki, məlumata əsasən, bir neçə ölkə qətnamənin lehinə səs verib.

Qətnamədə qadınların əməyinə qoyulan qadağa pislənir və Əfqanıstanın de-fakto hakimiyyətini bundan imtina etməyə çağırılır.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra qızların və qadınların məktəb və universitetlərdə oxumaq imkanlarını məhdudlaşdırdı.

2022-ci ildə qadınların əməyinə məhdudiyyətlər tətbiq olundu, 2023-cü ilin əvvəlində bu məhdudiyyətlər gücləndirildi. Nəticədə BMT-nin Əfqanıstandakı missiyalarının əməkdaşları bir neçə həftədir öz vəzifələrini yerinə yetirə bilmirlər ki, bu da dünya təşkilatının bu ölkədə humanitar fəaliyyətinin həcmini azaldıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir