BMT baş katibinin Özbəkistana səfərinin vaxtı açıqlanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 30 iyun – 1 iyul tarixlərində Özbəkistana rəsmi səfər edəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Özbəkistanın Prezident Administrasiyasının rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Məlumatda deyilir: “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iyunun 30-dan iyulun 1-dək Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ölkəmizə rəsmi səfəri baş tutacaq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir