Ukrayna F-16 qırıcılarını əldə edəcək, ancaq onların tədarükü bir neçə ay çəkəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.
Eyni zamanda onun sözlərinə görə, Kiyev işğal edilmiş ərazilərin 50 %-ni azad edə bilib.
“Bu hələ əks-hücumun nisbətən erkən mərhələsidir. Çətindir və həlli bir-iki həftəyə olmayacaq. Bunun bir neçə ay çəkəcəyini təxmin edirəm”, – ABŞ dövlət katibi vurğulayıb.
Azinformasiya.az