Blinken xəbərdarlıq edib: İrana nüvə silahı əldə etməyə icazə verilməyəcək

Tehran nüvə problemini həll etmək üçün diplomatik səyləri rədd edərsə, Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“ İran diplomatiya yolundan imtina etdiyi təqdirdə, Prezident Co Baydenin dəfələrlə açıq şəkildə işarə etdiyi kimi, İranın nüvə silahı əldə etməməsi üçün bütün variantlar nəzərdən keçiriləcək”, – o söyləyib.

Blinkenin sözlərinə əsasən, İrana nüvə başlığı əldə etməyə icazə verilməyəcək və verilməməlidir.

“Biz diplomatiyanın İranın nüvə başlığı əldə etməsinin effektiv və davamlı şəkildə qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edirik”, – ABŞ dövlət katibi diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir