Blinken: Ukrayna Putin üçün böyük strateji uğursuzluq olub

“Ukrayna həm Vladimir Putin, həm də Rusiya üçün bir çox cəhətdən böyük strateji uğursuzluq olub”.

 

Azinformasiya.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.

ABŞ dövlət katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Kiyevi Qərbdən ayırmaq üçün Ukraynaya qarşı işğala başlamaqla “qarşısını almaq istədiyi prosesi əksinə sürətləndirib”:

“Ukrayna həm Vladimir Putin, həm də Rusiya üçün bir çox cəhətdən böyük strateji uğursuzluq olub. İndi qarşınızda hərbi cəhətdən, iqtisadi cəhətdən, diplomatik cəhətdən daha zəif olan Rusiya var. Avropa Rusiyadan enerji asılılığını kəsib. Ukraynalılar heç vaxt olmadığı qədər birləşiblər. NATO ittifaqı daha güclüdür, daha böyükdür və qarşıdakı həftələrdə daha da genişlənəcək.

Putin qarşısına qoyduğu işdə artıq uğursuzluğa düçar olub: o, Ukraynanı xəritədən silmək, müstəqilliyini ləğv etmək, Rusiyanın tərkibinə qatmaq fikrinə düşmüşdü. Bu, uğursuz oldu və o bunu bacara bilməz və bilməyəcək”, – deyə Blinken vurğulayıb.

Blinken bildirib ki, müharibədən əvvəl Kiyevin Qərb və Avropa ilə münasibətlərini dərinləşdirmək ambisiyalarının onu Rusiyadan ayırmasına ehtiyac yox idi, bu ölkələrin mədəni iqtisadi əlaqələri var idi. “İndi bu əlaqələr Rusiyanın təcavüzü səbəbindən tamamilə məhv edilib”, – ABŞ dövlət katibi diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir