Tayvan ətrafında 2016-cı ildən bəri təxribat xarakterli hərəkətlər təkcə ABŞ-ı deyil, digər ölkələri də narahat edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə söyləyib.
Blinken bildirib ki, Tayvan ətrafında yaranacaq böhran demək olar bütün dünyada iqtisadi böhrana səbəb ola bilər.
O vurğulayıb ki, dünyada kommersiya konteynerlərinin 50%-i hər gün Tayvan boğazından keçir: “Yarımkeçiricilərin ixracının 70%-i Tayvanda həyata keçirilir. Əgər Tayvan ətrafında böhran yaranarsa, bunun dramatik nəticələri ola bilər”.
Azinformasiya.az