İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi bütün Avropa üçün təhlükədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Britaniya xarici işlər naziri Devid Lammi ilə keçirdiyi mətbuat konfransında deyib.
Blinken qeyd edib ki, “Fath-360” ballistik raket sistemindən istifadə etmək üçün onlarla Rusiya hərbi qulluqçusu İranda təlim keçib: “Rusiya indi bu ballistik raketləri alıb və çox güman ki, onları bir neçə həftə ərzində Ukraynada ukraynalılara qarşı istifadə edəcək. Rusiyanın özünü də bir sıra ballistik raketləri var, ancaq İran raketlərinin tədarükü Rusiyaya öz arsenalından əsasən cəbhə xəttindən daha uzaqda olan hədəflər üçün istifadə etməyə imkan verir”.
Azinformasiya.az