Biz Ukraynada müharibədən əvvəl Rusiya ilə gərginliyi azaltmaq üçün əlimizdən gələni etdik – müxtəlif platformalardan, birbaşa dialoqdan istifadə etdik. Lakin diplomatik səylər Putinin fikrini dəyişdirə bilmədi.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən söyləyib.
“Müharibədən qısa müddət öncə biz BMT TŞ-də Rusiyanın mümkün hücumu barədə xəbərdarlıq etdik və bildirdik ki, Rusiya Ukraynaya hücum edəcək, buradakı hakimiyyəti devirməyə çalışacaq. Həmçinin, Ukraynanı müstəqil ölkə kimi xəritədən silməyə cəhd edəcək. Rusiyanın bəhanələr gətirib Kiyevi bombalayacağını dedik. Biz ümid edirdik ki, yanılacağıq, amma çox təəssüf ki, söylədiklərimiz, gözlədiklərimiz düz çıxdı”, – Blinken vurğulayıb.
Azinformasiya.az