Blinken Nigerin hakimiyyətdən kənarlaşdırılan prezidenti ilə danışıb

ABŞ dövlət katibi Entoni Blinken üsyançılar tərəfindən hakimiyyətdən kənarlaşdırılan Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı apararaq, Afrika ölkəsindəki böhranın sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

 

Azinformasiya.az xəbər verir ki, o bu barədə “Twitter” də bildirib.

“Mövcud konstitusiya böhranının sülh yolu ilə həllində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, – o qeyd edib.

Blinken, eyni zamanda Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıları prezidenti və ailəsini dərhal azad etməyə çağırıb.

Qeyd edək ki, keçən ayın sonlarında ordu tərəfindən Nigerdə silahlı qiyam olub və ölkə Prezidenti Məhəmməd Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb.Bunun ardınca isə hərbçilər ölkə prezidentinin devrilməsini və sərhədlərin bağlandığını elan ediblər. Nigerdə dövlət çevrilişindən sonra kütləvi iğtişaşlar zamanı çoxlu sayda ölən və yaralananların olduğu bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir