Blinken: Məqsəd Ukraynanı Rusiyaya tabe etmək idi. Lakin bu artıq uğursuzluğa düçar olub

Rusiya hərbi müdaxilənin əvvəlində qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuz olub”, – ABŞ dövlət katibi vurğulayıb.

Blinken bildirib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, müstəqillikləri uğrunda vuruşurlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir