ABŞ Dövlət katibi Antoni Blinken İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə Qəzzadakı müharibənin sona çatdırılması məsələsinin vacibliyini müzakirə edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” platformasındakı paylaşımında bildirib.
“O, Qəzzadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsini vurğulayıb və bütün girovların evlərinə qayıtması və müharibənin sona çatdırılması məsələsinin vacibliyini müzakirə edib” – deyə paylaşımda qeyd edilib.
Azinformasiya.az