Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

ABŞ dövlət katibi səfər çərçivəsində İordan çayının qərb sahilinə getməyi və Fələstin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Eyni zamanda qeyd olunub ki, Blinken bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün gələcək addımları müzakirə edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir