ABŞ dövlət katibi Antoni Blinken İraqa gözlənilməz səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin baş diplomatı Türkiyənin paytaxtı Ankaradan Bağdada uçub.
Səfər çərçivəsində Blinken İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşəcək, Suriyadakı keçid prosesini müzakirə edəcək.
Azinformasiya.az