Blinken hazırda İranla yeni nüvə sazişinin müzakirə olunmadığnı bildirib

ABŞ dövlət katibi Entoni Blinken hazırda İranla yeni nüvə sazişinin müzakirə olunmadığnı bildirib.

 

Azinformasiya.az AFP-yə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Blinken Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.

“Biz Diplomatik yolları araşdırmaqda istəkli olmağa davam etsək də, hələlik heç bir razılaşma yoxdur”, – deyə o vurğulayıb.

Blinken İranla gələcək münasibətlərin İran hökumətinin gələcək addımlarına görə müəyyən olunacağını bildirib. Bundan başqa, ABŞ dövlət katibi İranı Yaxın Şərqdə “gərginliyi daha da artıracaq addımlar atmamağa” çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir