ABŞ dövlət katibi Entoni Blinken və Çin xarici işlər naziri Vanq İ arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Blinken Yaxın Şərqə son səfərini və ABŞ-ın bölgədəki diplomatik səylərini müzakirə edib.
“Dövlət katibi münaqişənin yayılmasının qarşısını almaq üçün bütün tərəflərin çalışmasını bir daha vurğulayıb. Dövlət katibi Blinken Qırmızı dənizdə ticarət gəmilərinə qarşı Husilərin son hücumlarının dəniz təhlükəsizliyi və beynəlxalq hüquq üçün qəbuledilməz təhdid olduğunu və bütün dövlətlərin buna riayət etməli olduğunu qeyd edib. Hər iki tərəf Prezident Bayden və ÇXR sədri Si Cinpin arasında keçən ay Kaliforniyanın Vudsayd şəhərində keçirilən Zirvə görüşündə əsas məsələlər üzrə əldə edilmiş irəliləyişlərə əsaslanmağın vacibliyini vurğulayıblar”, Dövlət Departamenti yaydığı məlumatda bildirib.
Azinformasiya.az