ABŞ dövlət katibi Entoni Blinken Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, Siyasi Büronun üzvü Van İ ilə görüşəcək.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, görüş Cakartada keçirilən ASEAN ölkələrin XİN başçılarının iclası çərçivəsində olacaq.
Van İ səhhəti ilə bağlı iştirak edə bilməyən Çinin xarici işlər naziri Qin Qanqın yerinə diplomatik toplantıda iştirak edir.
Qeyd edək ki, Blinken keçən ay Pekində Van İ ilə görüşüb.
Azinformasiya.az