Blinken Almaniya və Fransadan olan həmkarları ilə Ukrayna və Çini müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Annalena Berbok və Fransa xarici işlər naziri Katerine Kollona ilə görüşlər keçirib.

 

Azinformasiya.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu görüşlər Yaponiyada keçirilən G7 ölkələrinin XİN başçılarının toplantısı çərçivəsində baş tutub.

Blinkenin Fransa və Almaniyadan olan həmkarları ilə Ukraynaya dəstək məsələsini müzakirə etdikləri bildirilib. Rəsmilər, eyni zamanda Çinlə bağlı ortaq narahatlıqları müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir