ABŞ dövlət katibi Entoni Blinken Şimali Koreyanın təxribatlarına sərt cavab vermək üçün ölkəsinin həmişə Cənubi Koreya ilə işləyəcəyini deyib.
Azinformasiya.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Ofisinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Blinken bunu Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ilə görüşü zamanı deyib.
“Dövlət katibi Blinken bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın təxribatlarına qətiyyətlə cavab vermək və Koreya yarımadasında sülh və sabitlik üçün hər zaman Cənubi Koreyanın yanında olacaq”, – prezident ofisinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ABŞ-ın yüksək səviyyəli diplomatı müttəfiqlər arasında sıx koordinasiya və əlaqəni davam etdirməyə, eləcə də onların “genişləndirilmiş çəkindirmə qabiliyyətini” daha da gücləndirməyə çağırıb.
Azinformasiya.az