Blinken: ABŞ İsrailə silah tədarükünü dayandırmayıb

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın İsrailə silah tədarükünün dayanmadığını açıqlayıb.

 

Azinformasiya.az  “TASS”a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında danışan dövlət katibi güclü bombaların yalnız bir partiyasının təhvil verilməsinin dayandırıldığını bildirib.

“Bildiyiniz kimi, biz prezident Co Baydenin də münasibət bildirdiyi bir silah dolu yükü, yəni 2000 funtluq (908 kq) bombalarla bağlı məsələni müzakirə edirik. Bu silahların Rəfah kimi insanların sıx məskunlaşdığı ərazilərdə istifadəsi ilə bağlı narahatlıqlarımız var.”

Onun sözlərinə görə qalan bütün silahlar həmişə olduğu kimi, yenə də İsrailə göndərilir ki, İsrailin özünü müdafiə etməsi üçün lazım olan hər şeyə malik olduğundan əmin olsunlar.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden mayın 8-də CNN telekanalına müsahibəsi zamanı İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın İsrailə silah tədarükünü dayandıracağını deyib.

Keçən həftə isə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir