Polşa Belarusla sərhəd bölgəsini ABŞ helikopterləri ilə əhatə etməyi planlaşdırır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib.
Onun sözlərinə əsasən, Varşava ABŞ Konqresinin qərarını gözləyir. Qanunverici orqan növbəti həftə Polşanın Abrams tankları və helikopterlərlə bağlı müraciətini təsdiq etməlidir. Blaşak iddia edir ki, bu tanklar və helikopterlər Belarusla keçilməz bir sədd təşkil edəcək.
Bundan başqa o qeyd edib ki, Cənubi Koreyanın K2 tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.
Azinformasiya.az