Bir qrup tanınmış fransız xadim Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi üçün Makrona müraciət edib

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

 

Azinformasiya.az  xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar.

Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər.

Müraciəti ünvanlayanlar “bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə – Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi” Makrondan xahiş ediblər.

Onlar Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir