Biləsuvarda qadın yanıq xəsarətindən ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün rayonun 9 saylı qəsəbəsində qeydə alınıb.
Belə ki, Rəsulova Tərgül Qüdrət qızı yaşadığı evdə yandırdığı parça ilə ehtiyatsız davranaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az