Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü dünyasını dəyişib

Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası olub.

 

Azinformasiya.az hadisə rayonun Ağayrı kəndində baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. Ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılan sürücü həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir