Biləsuvarda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində baş verib. Hərəkətdə olan “BMW” markalı minik avtomobili yolun kənarında dayanan “Niva” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir