Biləsuvarda BMW ilə “KamAZ” toqquşub, 1 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar şəhəri ərazisində baş verib. BMW markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kənd sakini Gülər Qulam qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir